“Samsung” şirkətinin rəhbəri vəfat edib

Cənubi Koreyanın «Samsung» konserninin sədri Li Qon Xi 78 yaşında vəfat edib.

SOSİUM.az xəbər verir ki, bu barədə «Reuters» agentliyi bildirib.

Şirkət rəhbəri bazar günü oktyabrın 25-də, Seulda «Samsung» xəstəxanasında vəfat edib. Li Qon Xinin ölüm səbəbi açıqlanmır, amma bildirilir ki, o 2014-cü ildə infarkt keçirib, eləcə də respirator xəstəliklərindən əziyyət çəkib, bununla bağlı o 1990-cı ildə əməliyyat olunmuşdu.
Li Qon Xi 1942-ci ildə doğulub və atası, qrupun banisi Li Byon Çxolun 1987-ci ildə vəfatından sonra «Samsung»un ikinci sədri olub.

2014-cü ildəki infarktdan sonra o faktiki olaraq şirkətin idarəçiliyindən uzaqlaşıb və işləri onun oğlu, «Samsung Electronics»in vitse-prezidenti olan Li Çje Yon aparıb.

Xatırladaq ki, «Samsung Group» şirkəti 1938-ci ildə Li Qon Xi-nin atası Li Bön Çxol – tərəfindən yaradılıb. Onnu ölümündən sonra korporasiya onun övladlarının nəzatrətinə keçib. Li Qon Xi (onun üçüncü oğlu) isə şirkətin direktorlar şurasının sədri olub.

«Samsunq» ilk əvvəl ticarət şirkəti kimi yaradılsa da, sonradan çoxprofilli istehsal sçahələrinə malikdimr. Şirkətin illik dövriyyəsi 211 milyard dollar (2017), işçi sayı isə 370 min nəfərdir.

Oxşar xəbərlər