Şehiçdən Gəncədəki terrora reaksiya – FOTO

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə  biganə qalmayıb.

SOSİUM.az xəbər verir ki, hazırda Türkiyə “Konyaspor”unda çıxış edən bosniya və herseqovinalı qapıçı bununla bağlı özünün “Feysbuk” səhifəsində paylaşım edib. O, üzərində “Pray for Ganja city” (“Gəncə şəhəri üçün dua edin”) sözləri yazılmış foto paylaşıb.

 

Qeyd edək ki, İbrahim Şehiç 2015 – 2018-ci illərdə “Qarabağ”da oynayıb.

 

 

Oxşar xəbərlər