Moskva aeroportunda iki təyyarə toqquşdu

Moskvanın Şeremetyevo aeroportunda iki təyyarə toqquşub. Trend-in məlumatına görə, aeroportun fövqəladə hal xidməti insidenti təsdiq edib.

SOSİUM.az xəbər verir ki, A-320 təyyarəsi dayanacağa doğru hərəkət edərkən başqa bir təyyarəni qanadı ilə vurub.

Təyyarənin göyərtəsində həmin an 42 nəfərin olduğu qeyd edilir. Xəsarət alan olmayıb.

Oxşar xəbərlər