Sevda türk müğənni ilə “Ulu Vətən” dedi

Türkiyənin məşhur “Manga” qrupunun solisti Fərman Akgül Əməkdar artist Sevda Ələkbərzadə ilə bir araya gələrək “Ulu vətən” adlı mahnını yenidən duet şəklində səsləndiriblər.

SOSİUM.az xəbər verir ki, Ələkbərzadəyə təklif məhz qarşı tərəfdən Fərmandan gəlib:

“Siyasətçi olmadığım üçün dərdimi ancaq musiqi ilə çatdıra bilərəm. Burada haqlı bir mücadilə var. Bütün dünya bunu anlamalıdır. Azərbaycanda böyük fan kütləmiz, dostlarımız var. Olanları böyük bir duyğusallıqla izləyirəm. Həmişə deyirik ki, Türkiyə və Azərbaycan qardaşdır. Bu zamanlarda sənət adına bu qardaşlığı daha çox nümayiş etdirmək lazımdır. Dünyanın bu hadisələri doğru gördüyünü düşünmürəm”.

Klip yaxın günlərdə həm Türkiyədə, həm də Azərbaycanda yayımlanacaq.

“Türkiyə bizə çox dəstəkdir. Qardaşlarımız vətən müharibəmizdə həm siyasətdə, həm də sənətdə bizə dəstəkdirlər. Mənə xoşdur ki, Fərman bu dəstəyə qatılıb. Biz birlikdə vətənpərvər mahnı oxuyacağıq”- deyə Sevda bu işbirliyi barəsində fikirlərini tamamlayıb.

Mahnının sözləri Samirə Xasməmmədovaya, musiqisi isə Zaur Abdullayevə aiddir. Klipin rejissorluğunu İlham Qasımov edib.

Oxşar xəbərlər