Sığorta yığımların 85%-i 5 şirkətin əlində

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyata keçirilmiş 307,762 milyon manat sığorta ödənişinin 260,697 milyon manatı və yaxud 84,7%-i 5 sığorta şirkətinin payına düşüb.

SOSİUM.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər “PAŞA Həyat Sığorta” (153,374 milyon manat), “PAŞA Sığorta” (52,894 milyon manat), “Atəşgah Həyat Sığorta” (30,627 milyon manat), “Xalq Sığorta” (12,448 milyon manat) və “Atəşgah Sığorta” (11,354 milyon manat) ASC-lərdir.

9 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Xalq Həyat Sığorta” (0 manat), “Naxçıvan Sığorta” (12 min manat), “Bakı Sığorta” (211 min manat), “Rəvan Sığorta” (283 min manat) və “AXA Mbask” Sığorta Şirkəti (612 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,118 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.

Qalan 12 sığorta şirkətinin ümumi ödənişləri isə 45,947 milyon manat (14,9%) təşkil edib.

Oxşar xəbərlər