Şimal bölgəsinə qar yağıb – Temperatur -7 dərəcəyə enib

Ötən gün şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb.

Məlumata görə, Qubanın Xaltan, Qrız və Xınalıq kəndlərinə, eləcə də Böyük Qafqaz dağlarının ətəklərində yerləşən yaşayış massivlərində də qar müşahidə olunub. Xınalıqda qarın hündürlüyü 8 sm, Qrızda 7 sm, Xaltanda isə 1 sm olub.

Temperatur isə mənfi 7 dərəcəyədək enib.

Oxşar xəbərlər