Siyavuş Novruzov bu vəzifəni də itirdi

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasında (YAP) daha bir vəzifəsini itirib.

SOSİUM.az xəbər verir ki, yaxın günlərədək S.Novruzov partiyanın Təşkilat şöbəsinin müdiri olub: “O, vəzifəsindən azad edilib, həmin vəzifəyə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov təyin olunub”.

Qeyd edək ki, avqustun 25-də Siyavuş Novruzov partiyanın İcra katibinin müavini postundan azad edilmişdi.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir