Siyavuş Novruzovun otağı da boşaldı

Azərbaycan Milli Elmlər Akdemiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verən Siyavuş Novruzov YAP-ın qərargahını tərk edib.

SOSİUM.az xəbər verir ki, S. Novruzov partiyanın qərargahına gəlmir. Onun kabineti də boşaldılıb.

Məlumatda o da qeyd olunub ki, mətbuatda hakim partiyanın növbəti qurultayının keçiriləcəyi ilə bağlı müzakirələr aparılsa da, YAP-ın bu barədə yekdil qərarı yoxdur.

Qeyd edək ki, S.Novruzov hazırda Milli Məclisin Regional məsələlər komitəsinin sədridir.

Oxşar xəbərlər