Slovakiya-Azərbaycan matçı ilə bağlı yeni xəbər

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Slovakiyaya qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyununun təyinatları açıqlanıb.

SOSİUM.az xəbər verir ki, qarşılaşma Norveçdən olan hakimlər briqadasına həvalə edilib. Əsas referi Kristofer Hagenesə Anders Olav Dale və İsak Elias Başevkin köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Rohit Saggi yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 8-də Nitra stadionunda keçiriləcək Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Oxşar xəbərlər