SOCAR daha bir birgə müəssisə yaradır

SOCAR və “Equinor” şirkəti birgə müəssisə yaradır.

SOSİUM.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qarabağ” əməliyyat şirkətinin baş direktoru Tahir Dadaşov deyib.

Onun sözlərinə görə, artıq yeni birgə əməliyyat şirkəti xaricdə qeydiyyatdan keçib və Azərbaycanda onun filialı yaranmalıdır.

“Bu proses yaxın günlər və yaxud həftələr ərzində başa çatdırılacaq. Ondan sonra isə öhdəliklər birləşdiriləcək və vahid bir komanda şəklində, birgə əməliyyat şirkəti adı altında yerinə yetiriləcək”, – deyə T. Dadaşov qeyd edib.

Oxşar xəbərlər