Son 10 ayda 20 uşaq övladlığa verilib

“2019-cu ilin noybarın 1-dən övladlığa götürülmə üzrə DOST Agentliyinin mərkəzlərinə 1 000-dən çox müraciət daxil olub”.

SOSİUM.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki canlı yayımda Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev deyib.

Onun sözlərinə görə, 2019-cu ilin noyabrın 1-dən övladlığa götürülmə ilə bağlı bütün səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə veriləndən bu günə qədər 20 uşaq övladlığa verilib:

“Onlardan 13-ü oğlan, 7-i qızdır”.

Oxşar xəbərlər