SON DƏQİQƏ: Deputat mandatını geri qaytardı

Bu gün Milli Məclisin payız sessiyasının ilk iclasıdır.

SOSİUM.az xəbbər verir ki, uzun müddətdir ictimai müzakirəyə səbəb olan deputat Rafael Cəbrayılovun 600 min ABŞ dolları müqabilində deputat vəsiqəsini yazılı iltizamla girov qoyması, o cümlədən “AG Bank”dan külli miqdarda kredit götürməsi və onu ödəyə bilməməsinə MM-də münasibət bildiriləcəyi gözlənilir.

R.Cəbrayılovun AG Bankdan külli miqdarda kredit götürməsinin onun qanunvericiliklə qadağan olduğu halda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsdiqləməsi, həmçinin deputat vəsiqəsini girov qoymaqla millət vəkili nüfuzunu zədələməsi səbəbindən istefa verməsi barədə ərizəsi artıq təqdim edilib. İstefa ərizəsinin MM-in iclası başlayan kimi elan olunacağı gözlənilir.

Oxşar xəbərlər