Son 24 saatda yarım milyona yaxın yoluxma

Dünyada sutka ərzində COVID-19-a yeni yoluxma halları rekord həddə çatıb.

SOSİUM.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd edilir ki, təhlükəli infeksiyaya bir gün ərzində 423 819 yeni yoluxma qeydə alınıb. Pandemiya ərzində virusa ümumi yoluxma sayı 41 104 946-ya yüksəlib.

Bundan başqa, bir gün ərzində virusdan ölüm hallarının sayı 6 424 pasiyentə, ümumilikdə isə 1 128 325 nəfərə çatıb.

Pandemiyanın əvvəlindən dünyada ümumilikdə 41,1 milyondan çox yoluxma qeydə alınıb. Eyni zamanda təhlükəli infeksiyaya yoluxmuş 20 milyondan çox insan sağalıb, milyondan çox “korona xəstəsi” ölüb.

Ən ağır epidemioloji vəziyyət Amerika qitəsində müşahidə olunub.

Oxşar xəbərlər