“Soyadların milliləşdirilməli və proses asan olmalıdır”

“Azərbaycanda soyadların dəyişdirilməsi çox çətin prosesdir. Bu prosesin asanlaşdırılmasına ehtiyac var. Bəziləri yuxarıdan göstəriş almayıb deyə buna mane olur”.

SOSİUM.az xəbər verir ki, bunu Milli Məclisn bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, bu məsələ parlamentdə dəfələrlə müzakirə edilib: “Ədliyyə Nazirliyi göstəriş verə bilər ki, soyadlar yeni tələbə uyğun milliləşdirilsin. Böyük rüsumlar tələb edilir. Əhalinin buna imkanı yoxdur. Sizdən xahiş edirəm ki, bu təklifimi nazirliyə çatdırın. Yerli idarələrə tapşırılsın ki, vətəndaşların bu arzusunu yerinə yetirsinlər. Bunun qarşısını almasınla”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə bildirib ki, ümumiyyətlə, Azərbaycanda bu gün belə bir problem yoxdur: “Bu məsələ ilə bağlı Əsliyyə Nazirliyi vətəndaşın istək və arzusunu icra edən orqandır. İstənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər. Yeni doğulan uşaqlarla bağlı isə ümumiyyətlə, problem yoxdur. Kim istəsə, istədiyi sonluğu seçə bilər”.

Oxşar xəbərlər