Space TV-nin rəhbəri olacağı deyilən Vado danışdı

Vaqif Mustafayevin “Space” TV-nin rəhbərliyindən kənarlaşdırılmasından sonra bu vəzifəyə namizəd kimi bir neçə tanınmış şəxsin adı çəkilib. Onların sırasında Etibar Babayev, Turan İbrahimov və Vado Korovinin TV-nin rəhbəri olmaq şansının daha çox olduğu deyilib.

SOSİUM.az xəbər verir ki, səsələ ilə bağlı redaktor.az saytına açıqlama verən “Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Karovin bildirib ki, bu fikirlər şayədir:

“Bilmirəm bu məlumat hardan əldə edilib. Heç bir fakt yoxdur. Deyilənlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Vado Korovinin bir neçə gün öncə ATV-dəki işindən ayrılması məlumatları onun “Space” TV-yə rəhbər təyin edildiyi iddialarını daha da gücləndirmişdi.

Oxşar xəbərlər