Sumqayıt şəhərinin əhali sayı açıqlanıb

Sumqayıtda yaşayan əhalinin sayı açıqlanıb.

SOSİUM.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar ayının 1-nə Sumqayıt şəhər əhalisi 346,5 min nəfər olub.

Bu göstəricilərə əsasən, Sumqayıt şəhərində 309,2 min nəfər, Hacı Zeynalabdin qəsəbəsində 23,6 min nəfər, Corat qəsəbəsində isə 13,7 min nəfər əhali yaşayır.

Bu rəqəm 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1200 nəfər və ya 0,3 faiz artıb.

Oxşar xəbərlər