Sumqayıt şəhər sakini özünü yandırdı

Sumqayıt sakini özünü yandırıb.

SOSİUM.az xəbər verir ki, hadisə 12-ci mikrorayonda 20-ci binanın qarşısında baş verib. Belə ki, şəhər sakini , 1971-ci il təvəllüdlü Faiq İbrahimov özünü yandırıb. Nəticədə onun bədəninin çox hissəsi yanıb.

F. İbrahimov dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib.

50 yaşlı kişinin hansı səbəbdən belə addım atdığı bilinmir. Onun narkotik aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər