Sumqayıtda dülgər sexində yanğın

Sumqayıt şəhərində ümumi sahəsi 100 kvadrat metr olan dülgər sexinin dam örtüyünün taxta atmaları və arakəsmə divarı 20 kvadrat metr sahədə yanıb.

SOSİUM.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Oxşar xəbərlər