Süni nəfəs aparatına qoşulan sayı 24-ə endi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 21-nə olan statistik göstəriciləri açıqlayıb.

SOSİUM.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 986 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 861 788  test aparılıb. İndiyədək   512  nəfər COVID-19-dan dünyasını dəyişib, 32 682  nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 727 nəfərdir. Hazırda 180  nəfər reanimasiyada müalicə alır.24  nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 162  yoluxma, 171  sağalma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib.

Oxşar xəbərlər