“Ünsiyyət, pozitiv enerji üçün darıxıram”

“1 il 1 aydır toy yoxdur. Yanvar-fevral aylarında heç vaxt toy olmayıb. Çox nadir halda həmin aylarda toya gedərik. Martın 15-dən isə rəsmi karantin elan edildi”.

SOSİUM.az xəbər verir ki, bu sözləri əməkdar artist Vasif Məhərrəmli “Səhər mərkəzi” proqramında deyib.

Müğənni karantindən, toylara qadağa qoyulmasından bəhs edib:

“Sənətə həvəs düşkünlüyü, soyuma oldu. Sənət adamı səhnə üçün darıxır. Bu, maddiyata bağlı olan hal deyil. Ünsiyyət, pozitiv enerji üçün darıxmışam. Elə şadlıq evləri var ki, qonaqlar səhnədən uzaq olur. Tamaşaçı ilə gözgözə ünsiyyətdə olmamaq ruh düşkünlüyü yaradır”.

V.Məhərrəmli İnstaqramdan bəhs edib. O, sosial şəbəkədə yemək paylaşan həmkarlarını ələ salıb:

“Daxili senzura var, hər şey paylaşmaq olmaz. İnstaqramda sənətdən nəşə yayımlamalısan. Amma indi 1 ildir sənət yoxdur, başqa foto da qoya bilərik. İndi suşi, krevetka yeyib paylaşırlar. Bir-iki reklam paylaşdım, ona da qonorar almadım. İzləyicilər başladı ki, toy yoxdu, keçdiniz reklama. İnstaqramımdan pul qazanmamışam”.

Oxşar xəbərlər