Təhsil naziri onu baş redaktor təyin edib

Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalına yeni baş redaktor təyin edilib.

SOSİUM.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, baş redaktor vəzifəsi Arzu Bəyimə həvalə olunub.

O, bu təyinata qədər Bakı Uşaq və Gənclər Teatrında Ədəbi hissə müdiri işləyib.

Qeyd edək ki, Arzu Bəyimdən öncə jurnalın baş redaktoru Ramil Nəcəf olub.

Oxşar xəbərlər