Təhsil naziri Özbəkistan səfiri ilə görüşdü

Fevralın 9-da Təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.

SOSİUM.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Oxşar xəbərlər