Emin Əmrullayev şagirdlərə müraciət etdi

Təhsil naziri Emin Əmrullayev bu gündən əyani tədrisin mərhələli bərpası ilə bağlı şagirdlərə müraciət edib.

SOSİUM.az xəbər verir ki, o, fikirlərini sosial şəbəkə hesabında bölüşüb:

“Ənənəvi tədris forması mərhələli şəkildə bərpa olunur. İlkin mərhələdə bölgələrdəki ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində təhsil alan şagirdlərimiz əyani formada dərslərdə iştirak edirlər. Sosial məsafəni qorumaq, maska taxmaq və şəxsi gigiyena qaydalarına riayət etmək olduqca zəruridir.

Hər birinizə müvəffəqiyyətlər!”

Oxşar xəbərlər