Təhsil Nazirliyi qərarı açıqladı: Dərslər…

“Fevralın 1-dən bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa ediləcək”.

SOSİUM.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Nazir deyib ki, təhsil müəssisələrində əyani tədrisin bərpası nazirliyin təkbaşına verəcəyi qərar deyil.

“Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeron ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək. İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq-, nazir deyib.

Nazir bildirib ki, fevralın 1-dən sonrakı iki həftə ərzində V-IX siniflərdə, o cümlədən peşə təhsili müəssisələrində və ali məktəblərdə təhsilin qismən bərpa edilməsi ilə bağlı qərarın verilməsi gözlənilir.

“Bakı şəhərində metropolitenin fəaliyyəti bərpa edilməyib. Növbəti mərhələdə bu qərar verilərsə, V-IX siniflərin açılması daha məqsəduyğun olar. Xeyli sayda məktəb müəllimi və texniki heyət metrodan istifadə edir”, – deyə nazir bildirib.

Oxşar xəbərlər