Təmas xəttində raket qalıqları aşkarlanıb

2020-ci il 12 Oktyabr tarixində Agentliyə Ağdam, Ağcabədi, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tovuz, Tərtər rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 25 (iyirmi beş) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 (iki) müraciət daxil olub.

SOSİUM.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, daxil olmuş 27 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Əfətli, Təzəkənd, Alıbəyli, İmamqulubəyli kəndləri, Ağcabədi rayonunun Rəncbərlər, Arazbar, Hacılar kəndləri, Hacıbəyov və Xan Şuşinski küçələri, Bərdə rayonunun Hacılı kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Qazaxlar, Şükürbəyli kəndləri və haramı düzü, Goranboy rayonunun Tapqaraqoyunlu və Aşağı Ağcakənd kəndləri, Tovuz rayonunun Aşağı Mülkülü kəndi, Tərtər şəhərinin F.Qulami, N.İsgəndərov, T.Hüseynov, R.Orucov, V.Həsənov və Ü.Hacıbəyov küçələrinə, Gəncə və Mingəçevir şəhərləri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 240 mm-lik M24F raketi, 1 ədəd 100 mm-lik top mərmisi (OF-32), 1 ədəd 9M528 raketinin idarəetmə bloku, 24 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 374 ədəd bombacıq partlayış yolu ilə mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 1 276 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Oxşar xəbərlər