Təmas xəttində top mərmiləri tapılıb

2020-ci il 08 Oktyabr tarixində Agentliyə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 60 müraciət daxil olub.

SOSİUM.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, daxil olmuş 60 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Əfətli, Sarıcalı kəndləri, Ergi, Quzanlı, 4 yol qəsəbələri, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Minəxorlu, Muğanlı, Arazbar kəndləri, Bərdə rayonunun Əmirli və Meşəçilik kəndləri, Beyləqan rayonunun Şəfəq kəndi və A.Hacıyev küçəsi, Füzuli rayonunun Arayatlı, Kərimbəyli, Əhmədalılar kəndləri, Zobcuq qəsəbəsi və Horadiz şəhəri, Goranboy rayonunun Qaraçinar, Rəhimli, Şahməmmədli kəndləri, Qızılhacılı qəsəbəsi və E.Süleymanov küçəsi, Tərtər rayonunun Həsənli, Ələsgərli və Dəmirçilər kəndlərinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 51 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 152 mm-lik top mərmisi (OF-540), 1 ədəd 122 mm-lik top mərmisi (D-4), 2 ədəd 300 mm-lik raket (9M528), 33 ədəd patron (30 ədəd 5.45 mm-lik və 3 ədəd 7.62 mm-lik) və 9 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 29 ədəd bombacıq partlayış yolu ilə zərərsizləşdirilib.

Oxşar xəbərlər