Taksidən istifadə edənlər 16 faiz artıb

Azərbaycanda bu ilin yanvar ayında avtobuslarla 63 117,5 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 51% azdır.

SOSİUM.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvarında avtobus nəqliyyatı ilə 123 759,9 min sərnişin daşınıb.

Hesabat dövründə minik taksilərinin xidmətindən 5 430 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 16,1% çoxdur. 2020-ci ilin yanvarında taksi xidmətlərindən 4 677 min nəfər istifadə edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 68 547,5 mln. sərnişin daşınıb, bu isə 53,4% azdır.

Xatırladaq ki, ötən il ölkədə avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır. Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,5% azdır.

Azalma koronavirus pandemiyası çərçivəsində aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.

Oxşar xəbərlər