Tanınmış aparıcı şok faktlar açıqladı: Hamını göz yaşına boğdu

“İnsanlar yazıq adamı sevir. Keçmişinin pis məqamını danışan, qəhrəman olur. Nə ağlamağı sevirəm, nə çox gülməyi. Güləndə deyirlər, dünya vecinə deyil”.

SOSİUM.az xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli “5/5” verilişində deyib. O, aparıcı Zaur Kamalın “Xoşbəxt qadınsınız” sualına belə cavab verib:

“Efirdə bəli. Həyatda… Deməzdim bədbəxtəm. Tam xoşbəxt olmaq üçün məqamlar var, hələ onlara çatmamışam”.

Afaq daha sonra “Aygün Kazımova, Röya Ayxan, üçüncü kimdir” sözlərinə “… Natavan Həbibi” deyə, reaksiya verib.

Aparıcı şəxsi həyatı ilə bağlı suallara isə gülərək cavab verməməyə çalışıb. “Nəyin həsrətindəsiz? Nəsə var? Afaq xanım, bu yaxınlarda nişanlanır” suallarına Gəncəli bunları deyib:

“Nəsə var… Amma ağlımdakı o deyildi. Allah ağzınızdan eşitsin”.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir