ATU-ya mətbuat katibi təyin olundu

Tanınmış jurnalist Sevinc İsgəndərova yeni vəzifəyə təyinat alıb.

SOSİUM.az xəbər verir ki, S.İsgəndərova Azərbaycan Texniki Universitetinin mətbuat katibi təyin olunub.

 S.İsgəndərova Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib və göstərilən etimada görə universitetin rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Sevinc İsgəndərova əvvəllər Space televiziyasında, Beynəlxalq Avrasiya Fondunda, Azərtac, Primetime.az və day.az saytlarında çalışıb.

Oxşar xəbərlər