Tanınmış marketoloqdan maraqlı təklif

Bir müddət bundan öncə sosial şəbəkədə xarici restoranların birinin çekinin şəkili paylaşılmışdı və orda işğal edilmiş torpaqları ilə bağlı ifadə öz əksini tapşımdı. Sosial şəbəkə istifadəçiləri Qarabağ həqiqətlərini turistlərə çatdırmaq üçün bu vasitənin çox maraqlı olduğunu və informasiya müharibəsində əlverişli bir imkan olduğunu qeyd etmişdilər.

Bundan irəli gələrək Mosaic Group MMC-nin marketinq dirketoru Elxan Mərdanlı sosial şəbəkədə geniş müzakirə edilən bu mövzunu reallaşdırmaq üçün addım atdı və nəticədə mağaza və restoranların rəsmi kassa çeklərinə iki ifadə qeyd etdirdi. Birinci ifadə Cənab Prezident İlham Əliyevin Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısı qeyd etdiyi ifadədir “Qarabağ Azərbaycandır və Nida”. İkinci ifadə isə Ermənilər 20% torpaqlarımızı işğal ediblər ifadəsidir.

Bu məlumat müştərilər tərəfindən çox yüksək qiymətləndirildi və müştərilər tərəfindən çekin şəkili çox surətli yayılmağa başladı. Hətda televiya kanallarında xəbərlər proqramında xüsusi sujet belə hazırlanıb işıqlandırıldı. Bu hadisədən sonra sosial şəbəkə istifadəçiləri və ictimai birliklər dövlətə təkliflər hazırlayıb ünlanladılar və mətbuatda bu məsələ daha çox qabardıldı.

Artıq bizim mağaza çekimiz yerli mətbuatla yanaşı ermənistan mətbuatındada yayılmağa başlayıb və burdan da görünür ki ermənilər çekin üzərinə ayzılan ifadələrə görə təşvişə düşüblər və narahatdılar. Ümid edirəm ki, tezliklə ölkənin bütün ticarət yerlərində çeklərin üzərində Qarabağ həqiqəti öz əksini tapacaq və turistlər bu məlumatı hər gün oxuyaraq məlumatı düzgün əldə edəcəklər. İnfrormasiya müharibəsində bizlər bir olaraq həqiqəti hər yerdə yaymalıyıq.

Güc birlikdədir!

Oxşar xəbərlər