Məşhur alim Dilavər Əzimli də vəfat etdi

Uzun müddətdir koronavirusdan müalicə alan tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib.

SOSİUM.az xəbər verir ki, bu barədə mərhumun yaxınları bildiriblər.

Xatırladaq ki, Dilavər Əzimli ötən il dekabr ayının 30-da ağır vəziyyətdə Fövqəladə Hallar Nazirliyinin Zığdakı modul tipli xəstəxanasına yerləşdirilmişdi.

Daha sonra həkimlərin məsləhətilə ecmo aparatına qoşulmuşdu.

Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.

O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib və həmin fakültənin aspiranturasında saxlanılıb. Dilavər Əzimli 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyində aparıcı mütəxəssis işləyib. 1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb.

2003-cü ildən AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışırdı, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində “Türk və Şərqi Avropa xalqları” kafedrasının müəllimi idi.

Evli idi, iki övladı var.

Allah rəhmət eləsin..

Oxşar xəbərlər