TAP 1 milyard kub qaz nəql edə biləcək

Gələcəkdə Trans-Adriatik boru kəməri (TAP) kimi xətlər vasitəsilə təbii qazla qarışdırılmış 10 faiz hidrogen nəql etmək mümkün olacaq.

SOSİUM.az xəbər verir ki, bunu TAP konsorsiumunun icraçı direktoru Luka Skyeppati deyib.

Onun sözlərinə görə, bu, TAP-ın ildə 1 milyard kubmetr hidrogen tədarük edə biləcəyini ifadə edir. Bununla bağlı texniki-iqtisadi əsaslandırma işləri tezliklə başlayacaq.

L.Skyeppati əlavə edib ki, TAP vasitəsilə nəql olunan qaz Aİ-nin yeni təhlükəsiz, etibarlı və rəqabətqabiliyyətli enerji mənbəsi ilə təmin olunmasına vacib rol oynayır.

Qeyd edək ki, TAP vasitəsilə 2020-ci ilin dekabrında nəqlin başlamasından sonra bu günədək 1 milyard kubmetr qaz tədarük olunub.

Oxşar xəbərlər