Temperatur iqlim normasından aşağı olub

Avqustun 16-sı səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən SOSİUM.az-a verilən məlumata görə, düşən yağışın miqdarı Lerikdə 17, Sabirabadda 15, Astara, Yardımlıda 9, İmişlidə 8, İsmayıllıda 5, Cəfərxanda 4, Şamaxıda 3, Lənkəran, Zərdabda 2, Şabran, Tərtər, Yevlax, Balakən, Oğuz, Xınalıq, Qrız, Qəbələ, Mərəzə, Qusar, Göyçay, Altıağac, Şahdağ, Bakı, Sumqayıt, Maştağada 1 mm olub.

Havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-26, aran rayonlarında 26-29, dağlıq rayonlarda 14 dərəcəyədək, Naxçıvan MR-da 27-32 dərəcə isti olub.

Oxşar xəbərlər