Teymur Rəcəbov finala yüksəlib

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda ilk finalçının adına aydınlıq gəlib.

SOSİUM.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarımfinalın ikinci görüşündə fransalı Maksim Vaşye-Laqravı məğlub edib.

Tərəflərin ilk görüşü heç-heçə bitdiyindən, finala çıxan şahmatçı Teymur olub. Onun rəqibi çinli şahmatçı olacaq. Belə ki, Dinq Liren və Yu Yanq Li bu gün də heç-heçə etdiyindən digər finalçının adına üçüncü görüşdə aydınlıq gələcək.

Bu nəticə ilə Teymur Rəcəbov şahmat tacına iddiaçılar turnirinə vəsiqə qazanıb. O, finala çıxmaqla ən azı 80 min dollara sahib çıxıb. Qalib olacağı halda isə Rəcəbova 110 min dollar veriləcək.

Oxşar xəbərlər