Teymur Rəcəbovun qazancı açıqlandı

Teymur Rəcəbovun dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Opera Euro Rapid” adlanan III mərhələsindəki qazancı bəlli olub.

SOSİUM.az xəbər verir ki, 3-cü yer uğrunda görüşdə fransalı Maksim Vaşye-Laqravı üstələyən Azərbaycan şahmatçısı 8500 ABŞ dolları qazanıb.

“Opera Euro Rapid”in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdı. Yarışın qalibi ABŞ təmsilçisi Uesli So 30000 dollar əldə edib. İkinci yeri tutan norveçli Maqnus Karlsen isə öz turnirindən 15000 dollar götürüb.

Teymur Rəcəbov Çempionlar Turunun “Airthings Masters” adlı II mərhələsinin qalibi kimi 60000 dollar, “Skilling Open” adlı I mərhələsində 6-cı yeri tutduğu üçün isə 5000 dollar qazanıb. Onun ümumi qazancı 73500 dollar (təxminən 125 min manat) olub.

Bu arada “Opera Euro Rapid” turnirindən sonra “Champions Chess Tour”un ümumi sıralaması açıqlanıb. Teymur Rəcəbov 19 şahmatçının yer aldığı siyahıya başçılıq edir.

Təmsilçimiz arxada qalan turnirlərdən sonra həm topladığı xallara, həm də qazandığı mükafatın məbləğinə görə 1-ci yerdə qərarlaşıb. Teymurun aktivində 91 xal var.

ABŞ şahmatçısı Uesli So 62, ermənistanlı Levon Aronyan 60 xalla ilk “üçlük”də qərarlaşıb. Dünya çempionu norveçli Maqnus Karlsen yalnız 4-cüdü – 50 xal.

Oxşar xəbərlər