Tixanovskaya Rusiya ilə bağlı açıqlama verdi

Belarusda keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskaya Rusiya ilə dialoqun vaxtının hələ gəlmədiyini bildirib.

SOSİUM.az xəbər verir ki, Tixanovskaya bu barədə “Le Monde” qəzetinə müsahibəsində açıqlama verib.

“Hələ ki, vaxtı gəlməyib, amma biz hər kəslə dialoqa hazırıq. Rusiya hüquqlarımız uğrunda mübarizəmizə dəstək olsaydı, əla olardı. Ancaq görüşdüyüm hər kəs kimi Rusiyanın da suverenliyimizə hörmət etməsini xahiş edirəm”,- deyə o, qeyd edib.

Oxşar xəbərlər