Tofiq Yaqubludan yeni xəbər: palataya köçürülüb

Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi atasının son durumu barədə məlumat verib.

SOSİUM.az xəbər verir ki, N.Həzi bildirib ki, T.Yaqublu reanimasiyadan palataya köçürülüb.

“Gecə sistem qoşularaq yatızdırılıb. Həkimi Adil Qeybulla indi yenə sistem qoşulacağını bildirdi.

Bu gün Ombudsman aparatından iki nümayəndə gəlib Tofiq Yaqubluyla görüşüb.

Vəkillər hələ də onunla görüşə bilməyib. Eyni zamanda, Tofiq Yaqublunun ailəsi ilə danışması və özü haqda məlumat verməsi üçün telefon zənginə icazə vermirlər”.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, sürücüyə vintaçanla xəsarət yetirib.

T.Yaqublu ittihamları qəbul etmədiyini bildirir. O, hökmə etiraz əlaməti olaraq 10 gündər çoxdur aclıq aksiyası keçirir.

Aclıqla əlaqədar səhhəti ağırılaşan T.Yaqublu 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülüb.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir