Tram Ümumdünya Səhiyyə Təşkilatını maliyyələşdirməyi dayandırdı

ABŞ prezidenti Donald Tramp yeni növ koronavirusun yayılmasında ittiham etdiyi Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşdirilməsini dayandırdığını açıqlayıb.

SOSİUM.az xarici KİV-ə istinadən xəbər verir ki, Prezidenti Donald Tramp, Ağ Evdəki mətbuat konfransında koronavirus epidemiyasının dünyaya yayılmasında ÜST-nin ciddi məsuliyyət daşıdığını və bu baxımdan təşkilatın dünyanı yanıltdığını vurğulayıb.

Tramp qərarını belə əsaslandırıb:

– Təşkilatın öz təməl vəzifələrini yerinə yetirməməsi;

– Epidemiya ilə bağlı çox gec hərəkətə keçərək dünyanın vaxt itirməsinə səbəb olması;

– Vuhanda epidemiyanın necə yayıldığına dair araşdırma aparmayaraq Çinin tezislərini dəstəkləməsi;

– Çindən səyahətlərin dayandırılması barədə vaxtında çağırış etməməsi;

– Epidemiya barədə xəbərdarlıq edən çinli həkimlərə qarşı repressiyalara səssiz qalması.

ABŞ prezidenti ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatına verdiyi maliyyəni dayandırmağı əmr edib.

Qeyd edək ki, ABŞ Ümumdünya Səhiyyə Təşkilatına ildə təxminən 450 milyon dollar, Çin isə 42 milyon dollar ayırır.

Oxşar xəbərlər