Tramp ABŞ-ın Türkiyə ilə bağlı qərarını açıqladı

Türkiyə və ABŞ Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında növbəti telefon danışığı olub.

SOSİUM.az xəbər verir ki, tərəflər söhbət zamanı Suriyanın şimal-şərqində Fəratda yaradılması planlaşdırılan təhlükəsizlik zonası haqqında danışıblar

“Türkiyənin Suriya ilə sərhədi yaxınlığında bu zonanın yaradılmasının məqsədi kürd milislərinin təhdidindən qurtulmaq və Suriyalı qaçqınların Türkiyədən öz evlərinə qayıtması üçün şərait yaratmaqdır”, – deyə Ərdoğan bildirib.

Hər iki dövlət lideri noyabr ayında Vaşinqtonda danışıqlar aparacaqları barədə də razılığa gəliblər.

Prezidentlərin telefon danışığından sonra Ağ Ev açıqlama yayıb: “Türkiyə yaxın zamanlarda Suriyanın şimalına uzun müddətdir planlaşdırdığı əməliyyat üçün hərəkətə keçəcək. ABŞ Silahlı Qüvvələri bu əməliyyatı nə dəstəkləyəcək, nə də sözügedən əməliyyatda iştirak edəcək”.

Açıqlamada İŞİD-i məğlub edən ABŞ qüvvələrinin artıq əməliyyatın keçiriləcəyi bölgədə olmayacağı vurğulanıb.

Oxşar xəbərlər