Tramp: “İranla anlaşmağa hazırıq”

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranla anlaşmaya hazır olduğunu bildirib.

SOSİUM.az xəbər verir ki, bu barədə o, Deytonda (Ohayo ştatı) seçkiqabağı mitinqdə deyib.

Trampın sözlərinə görə, noyabrda təkrar prezident seçiləcəyindən “təxminən 10 saniyə sonra” İran razılaşma imzalamaq istəyəcək:

“Biz istəyirik ki, onlar bizimlə müqavilə bağlasın. Biz istəyirik ki, onların hər işi qaydasında olsun. Onlar güclü olsun. Amma onlar nüvə silahına sahib ola bilməzlər”.

Oxşar xəbərlər