Trampdan müraciət: “Hər şey indi başlayır”

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Konqres tərəfindən seçki nəticələrinin təsdiqlənməsindən sonra tərəfdarlarını “hər şeyin indi başladığına” əmin edib.

SOSİUM.az xəbər verir ki, bu barədə dövlət başçısının “Twitter” hesabında yayımlanan videomüraciətində qeyd olunub.

“Ölkəmizin vətəndaşlarına: sizə prezident postunda xidmət etmək şərəf idi. Mənim bütün möhtəşəm tərəfdarlarıma: bilirəm ki, məyus olmusunuz, ancaq həmçinin, istəyirəm biləsiniz ki, bizim inanılmaz səyahətimiz indi başlayır”, – deyə D.Tramp bildirib.

Oxşar xəbərlər