ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Aleksey Navalni ilə bağlı vəziyyətə diqqətlə nəzarət etdiyini açıqlayıb.
SOSİUM.az RT-yə istinadən xəbər verir ki, o, “Düşünürəm ki, Navalni ilə bağlı vəziyyəti çox ciddi araşdırmalıyıq. Və düşünürəm ki, bunu edəcəyik”, – deyib.
Trampın sözlərinə görə, ABŞ-da hələ Navalninin zəhərlənməsinə dair dəlillər yoxdur.