Türk Lirəsi dəyərdən düşməkdə davam edir

Türk Lirəsi, Türkiyə Mərkəzi Bankının (TCMB) son yığıncağında faizini artırmaması və siyasi narahatlıqlar ilə dəyərdən düşməkdə davam edir.

SOSİUM.az xəbər verir ki, Dollar/TL məzənnəsi 8.20 səviyyəsini də aşaraq 8.2059 səviyyəsini görüb.

Türkiyə ilə Avropa Birliyi və ABŞ arasında gərginliyin daha da arta biləcəyi narahatlıqları Lirənin dəyərdən düşməsi ilə nəticələnir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftənin sonu, ABŞ-a, “sanksiyan nədirsə gecikmədən tətbiq et” ifadəsinin ardından, bazar ertəsi Fransa Prezidenti Emmanuel Macrona Müsəlmanlara qarşı rəftarı ilə əlaqədar olaraq “psixikasının müalicəyə ehtiyacı” olduğu ifadəsini təkrarlayıb. Ərdoğan Fransa mallarına boykot çağırışı da edib.

Oxşar xəbərlər