Türkiyə antiterror əməliyyatına başladı

Türkiyə Daxili İşlər Nazirliyi ölkə daxilində terrora qarşı növbəti hərbi əməliyyata başlayıb.

SOSİUM.az xəbər verir ki, əməliyyat separatçı terror təşkilatının ölkənin gündəmindən tamamilə kənarlaşdırılması və bölgədə olduqları düşünülən terrorçuların zərərsizləşdirilməsi məqsədini daşıyır.

“Eren-10 Gabar” əməliyyatının Şırnak və Siirt bölgələrində həyata keçiriləcəyi bildirilir.

Əməliyyatda 1 073 heyət üzvü və 68 əməliyyat qrupu iştirak edir.

Oxşar xəbərlər