Pentaqon rəsmisindən Türkiyə açıqlaması

ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatı ABŞ və Türkiyə arasındakı hərbi əlaqələrə təsir göstərməməlidir.

SOSİUM.az agentliyi xəbər verir ki, bu sözləri jurnalistlər üçün keçirilən brifinqdə Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

C.Kirbi qeyd edib ki, Birləşmiş Ştatlar Türkiyə ilə hərbi münasibətlərdə hər hansı bir dəyişikliyin olmasını gözləmir.

“Türkiyə bizim NATO-dakı müttəfiqimizdir” – C.Kirbi vurğulayıb.

Oxşar xəbərlər