Türkiyə-İran sərhədində atışma olub

Türkiyənin Van vilayətində, İranla sərhəddə atışma baş verib.

SOSİUM.az xəbər verir ki, PKK terror təşkilatının mənsubları Türkiyə Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Hadisə nəticəsində bir türk hərbçisi həlak olub, daha iki nəfər isə yaralanıb.

Hücumdan sonra Türkiyənin ordu qüvvələri terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyata başlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Oxşar xəbərlər