“Mülki obyektlərin vurulması cinayətdir”

Azərbaycan şəhərlərini atəşə tutmaqla Ermənistan hərbi cinayət törədir və buna görə bu ölkənin hakimiyyəti beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

SOSİUM.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan ordusuna müqavimət göstərmək gücündə olmadan erməni qoşunları Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə tutur və bunun nəticəsində dinc sakinlər həlak olur:

“İlk növbədə erməni xalqı özü Azərbaycanın dinc sakinlərinin atəşə tutulmasını pisləməlidir. Şübhə yoxdur ki, bunların günahları, yəni dinc sakinlərin ölümünə görə məsuliyyət daşıyan Ermənistan rəhbərliyi beynəlxalq ədalət məhkəməsi tərəfindən cəzalandırılacaq”.

Nazirlikdən bildiriblər ki, Türkiyə bir daha Azərbaycanı dəstəklədiyini bəyan edir və Ermənistandan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağı tələb edir:

“Təxminən 30 il erməni işğalına göz yuman dünya ictimaiyyəti Azərbaycan ərazilərinin azad edilməsi üçün səy göstərməlidir”.

Oxşar xəbərlər