“Türkiyə sonuna qədər öz qardaşların yanındadır”

“Ermənistan elan edilmiş humanitar atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir. Xocalıda olduğu kimi, qadın, uşaq, qoca və mülki şəxslər demədən qətl törədir”.

SOSİUM.az xəbər verir ki, bu sözləri Ermənistanın Gəncə şəhərində mülki əhalinin yaşadığı məhəlləni raket atəşinə tutmasına münasibət bildirən Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın tvitter hesabında yazıb.

“Bu qanunsuzluq və qırğınlar qarşılıqsız qalmayacaq. Kim nə deyirsə-desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır”, – deyə Kalın əlavə edib.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir