Türkiyə və Rusiya yenidən bir araya gəlir

Türkiyə nümayəndə heyəti Liviya və Suriya ilə bağlı danışıqlar aparmaq üçün Rusiyaya iki günlük səfərə yola düşüb.

SOSİUM.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Nümayəndə heyətinə XİN rəhbərinin müavini Sedat Önal başçılıq edir. Heyət bölgədəki son proseslər, xüsusən də Liviya və Suriya ilə bağlı məsələləri rusiyalı həmkarları ilə müzakirə edəcək.

Səfər 31 avqust – 1 sentyabr tarixlərində baş tutacaq.

“A Haber” telekanalının məlumatına görə, nümayəndə heyətinə Milli Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının nümayəndələri də daxildir.

Oxşar xəbərlər