Türkiyədə yenidən zəlzələ oldu

Türkiyənin İzmir şəhəri yaxınlığında zəlzələ baş verib.

SOSİUM.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Episentri Ege dənizi olan zəlzələnin dörd bal gücündə olduğu vurğulanıb. Yeraltı təkanlar əsasən Urla rayonu ərazisində hiss olunub.

Xatırladaq ki, dekabr ayının sonlarında Türkiyədə ardıcıl zəlzələlər baş vermişdi.

Oxşar xəbərlər